Kəlağayı rəsmən bizimdir, lavaş isə əlimizdən çıxdı

14:10 | 28.11.2014
Kəlağayı rəsmən bizimdir, lavaş isə əlimizdən çıxdı

Kəlağayı rəsmən bizimdir, lavaş isə əlimizdən çıxdı

Azərbaycan Mədəniyyət Nazirliyi milli örpəyimiz olan kəlağayının  qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilməsinə nail olmaqla bağlı uğurunu bayram edə bilər. Azərbaycan qadınlarının milli örpəyi haqqında YUNESKO-nun saytında belə deyilir:"Kəlağayının hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir: toxunma, boyanma və əl naxışlarının vurulması. Toxucular nazik ipək sapları seçirlər və bundan dördkünc formada kəlağayı istehsal edirlər. Baş örtüyünün rəngi rəmzi məna daşıyır: çox vaxt konkret hadisə ilə bağlı olur: toy, matəm mərasimi, gündəlik iş və ya bayram. Kəlağayı mədəni, dini ənənələri əks etdirir, sosial həmrəylik rəmzidir. Onun istehsalı və taxılması qadınların rolunu və Azərbaycan cəmiyyətinin mədəni birliyini gücləndirir”.

 

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi indi jurnalistlərin və təəccüblərindən hiddətlənən siyasətçilərin nə üçün lavaşın YUNESKO-nun həmin siyahısına daxil edilməsi ilə bağlı hirsli zənglərinə cavab verir. Söhbət lavaşın erməni mirasının siyahısına daxil edilməsindən gedir. Azərbaycanda lavaşı heç də Ermənistandan az yemirlər və az sevmirlər. Bizdə lavaş həm də fətir və ya yuxa adlanır.Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən hamıya bildirirlər ki, YUNESKO-un hökümətlərarası komitəsinin 9-cu iclasında erməni tərəfi "erməni çörəyi - lavaşın hazırlanması ənənələri" faylını YUNESKO-un qeyri-maddi mədəni irsinin siyahısına təqdim edib, ancaq iclas üzvləri qərara gəliblər ki, bu kulinariya nümunəsi yalnız Ermənistan ərazisində yayılmayıb. Azərbaycan nümayəndələri növbəti ildə lavaşın region ölkələrinin birgə mətbəx irsi kimi iclasda təqdim edilməsi barədə təkliflə çıxış ediblər.

 

 

Hər halda YUNESKO-nun saytında lavaş haqqında verilən məlumatdan sonra, erməni tərəfi onu rəsmən "özününkü” adlandıra bilər:  "Lavaş: mədəniyyətin ifadəsi olaraq ənənəvi erməni çörəyinin hazırlanması, önəmi və xarici görünüşü (Ermənistan)."Lavaş erməni mətbəxinin ayrılmaz hissəsi olaraq nazik kökə şəklində ənənəvi erməni çörəyidir. Onun hazırlanması böyük əmək tələb edir. Bu, ailə, icma bağlarını, sosial əlaqələri möhkəmləndirir. Onu bişirmək üçün qadınlar bir yerə toplaşır.  Lavaşın hazırlanmasında kişilər də iştirak edirlər. Onlar alətləri hazırlayır, sobanı yandırırlar. Adətən, lavaşın arasına yerli pendir növü, ət və ya tərəvəz qoyulur. Ənənəyə görə, toyda evlənənlərin çiyinləri üzərinə lavaş qoyurlar ki, onlar bolluq, rifah içində yaşasınlar”.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM