Sevgililər mətbəxdə yarışacaq - VİDEO

13:23 | 29.03.2015
Sevgililər mətbəxdə yarışacaq - VİDEO

Sevgililər mətbəxdə yarışacaq - VİDEO

Bakıda sevgililərin qeyri-adi yarışması başlayır. 

"11 Projects”in təşkilatçılığı ilə baş tutacaq yarışmada sevgili cütlüklər öz mətbəx bacarıqlarını nümayiş etdirəcəklər. 3 mərhələdən ibarət "Sevgi ilə” adlandırılan yarışmanın hər mərhələsində sevgili cütlüklərin hazırladığı  müxtəlif  yeməklər  peşəkar aşpazlar tərəfindən qiymətləndiriləcək. Həftəsonları keçiriləcək yarışmada nişanlı və ya evli olan, o cümlədən peşəkar aşpazlıq qabiliyyəti olmayan 20-38 yaş arası 8 cütlük yarışacaq. 
 
Əgər siz də  yemək bişirməkdə iddialısınızsa, sevdiyiniz insanla özünüzü mətbəxdə sınamaq, komanda işi nümayiş etdirib qalib olmaq, unudulmaz, həyacan dolu və maraqlı anlar yaşamaq, ən əsası sevgi ilə bişirilən yeməyin ən dadlı yemək olduğunu sübut etmək istəyirsinizsə, bu yarışmaya qatıla bilərsiniz.  Yarışmaya qatılmaq üçün aşağıdakı linkdən anket formasını əldə edib dolduraraq [email protected] elektron poçt ünvanına göndərməniz xahiş olunur:

https://www.dropbox.com/s/ane22jkg3yg7thf/İştirakçı%20Anketi_Sevgi%20ilə.docx?dl=0 

Müraciət üçün son tarix: 04.04.2015 / saat 23:00

*Qeyd: Yarışmada iştirak tamamilə ödənişsizdir. 
Qalibləri təşkilatçı və sponsorlar tərəfindən maraqlı hədiyyələr gözləyir!

Layihənin sponsoru: Bizim Süfrə Ketçup

Tərəfdaşlar: Özsüt - Baku / Click Photo Agency / ALZA /
Mehin Almammadova - Wedding and event planner

Media dəstəyi: ANN.Az

Suallarınız yaranarsa:
Facebook: https://www.facebook.com/11Projects 
e-mail: [email protected]

Sevgi ilə...
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb