Kəmaləddin Heydərov Siyəzənə gedir

14:00 | 20.06.2018
Kəmaləddin Heydərov Siyəzənə gedir

Kəmaləddin Heydərov Siyəzənə gedir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

FHN-dən Axar.az-a verilən məlumata görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 21 iyun 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb