Keçmiş türk liseyləri yenidən fəaliyyətə başladı - Yeni adla

13:29 | 04.09.2014
Keçmiş türk liseyləri yenidən fəaliyyətə başladı - Yeni adla

Keçmiş türk liseyləri yenidən fəaliyyətə başladı - Yeni adla

Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin fəaliyyəti bərpa olunub.

Bu barədə Oxu.Az-a məlumat verən valideynlər bildiriblər ki, dünən axşam keçmiş Dədə Qorqud Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Bildirilib ki, keçmiş türk liseylərinin fəaliyyəti bərpa olunacaq və bundan sonra bu məktəblər Zərifə Əliyeva adına liseylər kimi fəaliyyət göstərəcəklər.  “Çağ Öyrətim İşlətmələri”nə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müdir müavini Məhəmməd Hüseynov Oxu.Az-a açıqlamasında yayılan məlumatları təsdiqləyib.“Bundan sonra tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur”.Qeyd edək ki, valideynlərin bildirdiyinə görə, nazirlik nümayəndələri sentyabrın 12-də onların bir daha iclasa dəvət olunacaqlarını bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb