Kimsəsiz uşaqlar üçün yeni sosial layihə - FOTO

20:54 | 25.11.2013
Kimsəsiz uşaqlar üçün yeni sosial layihə - FOTO

Kimsəsiz uşaqlar üçün yeni sosial layihə - FOTO

“Xoşbəxt anlar bəxş edək” adlı layihə “Azərbaycan Böyük Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) tərəfindən həyata keçirilir.

ANN.Az xəbər verir ki, AUKAA-nın bir qrup üzvü bu məqsədlə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evini ziyarət edib.

Birliyin üzvlərinin dəstəyi ilə uşaq evinə lazımi məişət avadanlıqları, kitablar, paltarlar və s. hədiyyə edilib.

Oxşar layihələrin davamı olaraq AUKAA gələcəkdə uşaq evlərində Britaniya məzunlarının iştirakı ilə təhsil əsaslı yeni layihənin icrasına başlamağa hazırlaşır.

Xatırladaq ki, “Azərbaycan Böyük Britaniya Məzunları” İctimai Birliyi 2005-ci ildə yaradılmış və təşkilat Böyük Britaniyada müxtəlif təhsil proqramları çərçivəsində təhsil almış 200-dən çox azərbaycanlı gənci özündə birləşdirir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb