Kimyəvi dərman ucbatından bu hala gəldi

19:56 | 11.08.2018
Kimyəvi dərman ucbatından bu hala gəldi

Kimyəvi dərman ucbatından bu hala gəldi

ABŞ-da bir məktəbdə bağban işləyən adam yabanı otları məhv etmək üçün istifadə etdiyi kimyəvi dərman ucbatından xərçəng xəstəliyinə yoluxub. 2014-cü ildə bu kimyəvi maddədən tez-tez istifadə etdiyi və bu səbəblə də qan xərçənginə yoluxduğunu deyən adam bir neçə həftə ömrü qaldığını bildirib.

Anews.az moderator.az-a istinadən xəbər verir ki, Kaliforniyada yaşayan 46 yaşlı adam yabanı otları məhv etməyə yarayan kimyəvi dərmanı istehsal edən firmanı məhkəməyə verib. Dünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın hər yerində satılan məhsulun içində "kanserogen” maddəsi olaraq qəbul edilən "gliphosat” olduğu təyin olunub. 

Həkimlər tərəfindən yalnız bir neçə həftə ömrü qaldığı açıqlanan adamın məhkəmə iclasında kimyəvi dərman fırmasının 289 milyon dollar təzminat ödəyəcəyinə hokm verilib. Məhkəmədən sonra şirkət həmin məbləğin zərərçəkənə təqdim olunacağını açıqlayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti