KİV: Almaniya Türkiyənin intiqamından çəkinir

20:21 | 03.06.2016
KİV: Almaniya Türkiyənin intiqamından çəkinir

KİV: Almaniya Türkiyənin intiqamından çəkinir

Almaniya qondarma "erməni soyqırımı”nın tanınmasına dair bəyanatın qəbulunun Türkiyə ilə əməkdaşlığın pozulmasına səbəb olacağından çəkinir. 

Oxu.Az bu barədə Rosbalta istinadən xəbər verir. 

"Der Spiegel” yazır ki, ilk növbədə söhbət hərbi sahədə qarşılıqlı fəaliyyətdən, əsasən də alman "Tornado” kəşfiyyatçı-təyyarəçilərin Türkiyə ərazisində yerləşdirilməsi və Egey dənizində mühacirlərin qanunsuz daşınmasına qarşı müştərək missiyadan gedir. 

Almaniya Müdafiə Nazirliyi Türkiyənin müştərək layihələrin həyata keçirilməsinə mane olacağında və hətta pozmasından çəkinir.  

İyunun 2-də Almaniyanın müdafiə naziri Ursula fon der Layen Türkiyənin mümkün reaksiyasını yüksəkvəzifəli məmurları ilə müzakirə edib. 

Onlar belə bir nəticəyə gəliblər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "özünəməxsusluğunu” nəzərə alaraq, müştərək əməliyyatlar üçün mənfi nəticələri diqqətə almaq lazımdır.  

Nəşr xatırladır ki, Türkiyə "İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları ilə mübarizədə  Almaniyanın strateji tərəfdaşıdır. Suriya və İraq üzərində aerofoto çəkilişi ilə məşğul olan alman kəşfiyyatçı təyyarələri, artıq neçənci dəfədir ki, Türkiyənin "İncirlik” aviabazasından səmaya qalxırlar, baxmayaraq ki onların yerləşdirilməsi haqqında razılaşma üzrə danışıqlar hələ də davam edir. 

Bundan başqa qətnamə NATO-nun Türkiyədən Yunanıstana qanunsuz mühacirlərin daşınması ilə mübarizə missiyasına mane ola bilər. Almaniya bu missiyaya rəhbərlik edir, bu isə Ankara ilə növbətçilik zonasının genişləndirilməsi üzrə danışıqları mürəkkəbləşdirə bilər. 

Daha öncə Ərdoğan bəyan etmişdi ki, Almaniyanın qondarma "erməni soyqırımı”nı tanımasına dair qətnaməni qəbul etməsi, Türkiyə ilə münasibətlərə ciddi təsir edəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb