KİV nümayəndələri üçün təlim və müsabiqə keçirilib

11:52 | 15.05.2023
KİV nümayəndələri üçün təlim və müsabiqə keçirilib

KİV nümayəndələri üçün təlim və müsabiqə keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən, "Ulu Öndərin vergi sisteminin formalaşmasında rolu” mövzusunda media nümayəndələri üçün təlim və müsabiqə təşkil olunub.

İkigünlük təlim üç mövzunu - "Vergi sisteminin formalaşmasında Heydər Əliyevin rolu”, "Vergi qanunvericiliyinə media sahəsində edilmiş dəyişikliklər” və "Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əldə olunan nəticələr” mövzularını əhatə edib.

İlk növbədə iştirakçılara vergi sistemi və bu sahədə Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar barədə məlumat verilib. Media sahəsində vergi güzəştlərinə dair digər təqdimatda vergi qanunvericiliyi və inzibatçılığında tətbiq olunan yeniliklərlə bağlı ətrafı danışılıb. Bundan başqa, əmək münasibətlərinin rəsmiləşdirilməsinə həsr olunan üçüncü mövzu üzrə statistik rəqəmləri əks etdirən təqdimat keçirilib.

Təlimdə hər üç mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar interaktiv formada Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Günün sonunda media nümayəndələri arasında "Ümummilli lider Heydər Əliyevin vergi sisteminin formalaşmasında rolu" mövzusunda müsabiqə keçirilib.

Növbəti gün müsabiqənin nəticələri elan edilib, təlim iştirakçılarına sertifikatlar, müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr təqdim edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM