Kiyev maydanında ilk ölü: Qarşıdurmalar səngimir

12:05 | 22.01.2014
Kiyev maydanında ilk ölü: Qarşıdurmalar səngimir

Kiyev maydanında ilk ölü: Qarşıdurmalar səngimir

Ukraynanın paytaxtı Kiyevdə hökumət əleyhinə keçirilən mitinqlərdə qarşıdurmalar getdikcə qızışır, artıq nümayişçilər arasında ilk qurbanlar var.

ANN.Az-ın "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, radikal müxalifət tərəfdarlarından biri "Dinamo" futbol stadionunun kolonnadasından yerə yıxılıb. Ağır yaralını dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin sözlərinə görə, onun yaraları həddindən artıq ağır olub. 

Ukrayna mətbuatı yazır ki, məhz Qruşevski küçəsində yerləşən məşhur stadionun kolonnadasından nümayişçilər "Berkut"a Molotov kokteylləri atırdılar. Ancaq xüsusi təyinatlılar "alovlu bölgə"ni tərk edə biliblər. Həmin an orada iki nümayişçi qalıb ki, onlardan birinin ayağı sürüşüb və o, hündürlükdən yerə yıxılıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb