Xarkovun İzyum vilayətində bir neçə saat öncə endirilən zərbələr nəticəsində yaşayış binasında olan 8 nəfər mülki şəxs həlak olub. Onlardan 2-si uşaqdır.
Bu barədə Kiyevin yeri mediası xəbər verir.
Şəhər meri Vladimir Maçokin bildirib ki, araşdırılma aparılır.
Fevralın 24-dən Rusiya silahlı qüvvələri hərbi əməliyyatlar aparır, Ukraynanın hər yerində hədəflərə hava zərbələri endirir. Sərhədlərdə Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür. Ukraynanın bir çox şəhərlərində mülki əhali öldürülüb evlər bombalanıb. Yerli sakinlərin bir qismi ölkəni tərk edib,bir qismi isə bunkerlərdə gizlənib.
Zeynalova Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !