• $
  • £

Qazaxıstanda matəm elan edilib

Qazaxıstanda matəm elan edilib
24.09.2026 18:30

Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.

Anews.az Akordaya istinadən xəbər verir ki, bununla bağlı sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Matəm Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar elan edilib.

Qazaxıstan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, sentyabrın 24-də Manqistau vilayətində təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində 19 hərbi qulluqçunu dənizdə axın aparıb. Onlardan 9-u həlak olub, üçü xilas edilib. Xilas edilənlərdən biri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.

Komissiyaya hadisənin səbəblərini hərtərəfli araşdırmaq və həlak olan hərbçilərin ailələrinə yardım göstərmək tapşırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol