Kiyevin mərkəzində atışma başladı

09:42 | 01.04.2014
Kiyevin mərkəzində atışma başladı

Kiyevin mərkəzində atışma başladı

Axşam saatlarında Kiyevin mərkəzində Müstəqillik Meydanında (Maydanda) baş vermiş atışma nəticəsində üç nəfər yaralanıb, bir nəfər xəstəxanalıq olub. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindəki (DİN) mənbə bildirib. Mənbənin məlumatına görə, yaralananlardan ikisi özünümüdafiə dəstəsinin üzvüdür, biri isə mülki vətəndaşdır.KİV-lərin məlumatına görə, atəş açan “Sağ sektor” təşkilatının fəalıdır, o, Maydana alkoqollu içki dolu zərf gətirmək istəyib. Hadisədən sonra atəş açaraq aradan çıxıb. Milislər gələnə kimi onu aradan çıxarıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM