Klinton bir neçə əsas ştatda Trampı üstələyir

12:41 | 08.08.2016
Klinton bir neçə əsas ştatda Trampı üstələyir

Klinton bir neçə əsas ştatda Trampı üstələyir

Sorğunun nəticələrinə görə, Klinton Trampı Virciniya, Nevada və Arizonada qabaqlayır

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton bir neçə əsas ştatda (Virciniya və Nevadada) Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyir. Ənənəvi respublikaçıların olduği Arizona ştatında da D.Trampın mövqeyi ürəkaçan deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu CBS telekanalının dərc etdyi sorğunun nəticələri göstərir.
Ümumiyyətlə, Virciniya əsas mübarizənin gedəcəyi ştatlardan biri kimi qəbul olunur. Burada namizədlərdən kimisə qalib gələcəyini iddia etmək çox çətindir. Hələlik H.Klinton 49% səs toplayıbsa, D.Trampda bu göstərici 37%-ə bərabərdir.
Nevadada bu fərq azdır, hərçənd H.Klinton yenə də liderdir - 41%-ə qarşı 43%.

Arizonada isə milyarder D.Trampa respondentlərin 44%-i səs veribsə, H.Klinton 42% səs toplayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM