Komitə sədri yol polisləri sərt tənqid etdi

18:00 | 02.02.2015
Komitə sədri yol polisləri sərt tənqid etdi

Komitə sədri yol polisləri sərt tənqid etdi

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov polis işçilərinin davranışından şikayət edib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında E.İbrahimov DİN-in parlamentdə olan nümayəndəsinə bildirib ki, yol polisi əməkdaşları avtomobillərin nömrəsindən onların hansı dövlət qurumuna məxsus olduğunu bilmirlər: "Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır? Prezident Administrasiyasının avtomobillərinin nömrələri haradan başlayır, harada qurtarır? Məni maşına görə tanıyırsınız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimovam. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilmədirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin”.

Millət vəkili özünün də belə bir halla üzləşdiyini bildirib: "Özümün də başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq vəsiqəsini də göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu vəsiqədən hamıda var da. Deyirəm, a kişi, bu vəsiqədən 125 deputatda var. Oxudun, başa düşmədin?”

Onun sözlərinə görə, yol polisi əməkdaşlarını işə götürəndə təbliğat işi də aparılmalıdır: "Bunlara bir başa salın ki, deputat, Prezident, Baş nazir kimdir. Məhkəmə-Hüquq Şurası üzvlərinin yəqin ki, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma məsələni başa salanda küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM