Konqresmenlər Trampa impiçment elan etmək istəyirlər

11:45 | 13.07.2017
Konqresmenlər Trampa impiçment elan etmək istəyirlər

Konqresmenlər Trampa impiçment elan etmək istəyirlər

Demokratlar partiyasından olan konqresmenlər Bred Şerman və El Qrin ABŞ Konqresinin nümayəndələr palatasına ölkə prezidenti Donald Trampın impiçmenti barədə təklif irəli sürüblər. 

anews.az-ın xəbərinə görə, bəyanat Bred Şermanın saytında çərşənbə günü, iyulun 12-də yerləşdirilib.

Şerman Trampa onun "Rusiya ilə əlaqələrinin” araşdırılmasına mane olduğu üçün impiçment elan etmək istəyir. 

O qeyd edir ki, FTX-nın rəhbəri Ceyms Kominin vəzifəsindən azad olunması ədalətin gerçəkləşdirilməsinə mane olur. 

Şerman həmçinin Trampı ABŞ Konstitusiyasının qorunmasına dair andını pozmaqda ittiham edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM