“Kontrabas” və “Dəlinin qeydləri” İrana gedir - Fotolar

21:25 | 22.07.2016
“Kontrabas” və “Dəlinin qeydləri” İrana gedir - Fotolar

“Kontrabas” və “Dəlinin qeydləri” İrana gedir - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi  növbəti 88-ci mövsümü uğurla başa vurub, istirahətə yollansa da, teatrın bir qrup əməkdaşı İran İslam Respublikasında P.Züskindin "Kontrabas” və N.Qoqolun "Dəlinin qeydləri” tamaşaları ilə çıxış edəcək. 

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, teatr İran İslam Respublikasının Mazandaran vilayətinin Noşəhr şəhərinin Xüsusi mədəniyyət evinin dəvəti ilə cari ilin 4-6 avqust tarixlərində sözügedən tamaşaları nümayiş etdirəcək. 

Respublikanın Əməkdar Artisti Şövqi Hüseynovun ifa etdiyi hər iki monotamaşa bir sıra Beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb. 

Məlumat üçün bildirək ki, Azərbaycan və İran İslam Respublikaları arasında mədəni əlaqələrin genişləndirilməsi və yaradıcılıq mübadiləsi məqsədilə həyata keçirilən bu layihənin davamı olaraq cari ilin sentyabr – oktyabr aylarında Mazandaran mədəniyyət idarəsinin baş müdiri, doktor Əhəd Javedani və Noşəhr mədəniyyət idarəsinin  müdiri Mohandes Kiia Kojori Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunacaqlar.     
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM