"Koronavirus həqiqətləri gizlədilir" deyən həkim saxlanıldı - FOTO

14:43 | 03.04.2020

"Koronavirus həqiqətləri gizlədilir" deyən həkim saxlanıldı - FOTO

Rusiya Həkimləri Həmkarlar İttifaqının rəhbəri Anastasiya Vasilyeva ölkədə koronavirusla bağlı yalan məlumat yaydığı iddia edilərək saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, Həmkarlar İttifaqının "Twitter” səhifəsində verdiyi açıqlamada, Vasilyevanın Novqorod şəhərində polisin sərt müdaxiləsi ilə yıxılıb özündən getdiyi və saxlanıldığı bildirilib. A. Vasilyeva və Həmkarlar İttifaqının bəzi əməkdaşları barədə Novqorodda "xüsusi hazırlıq rejimi”nin qaydalarına əməl etmədikləri üçün polis tərəfindən protokol hazılanıb.

Vasilyeva daha əvvəl COVID-19 virusu haqqında həqiqətlərin Rusiya hökuməti tərəfindən gizlədildiyini və belə halların ağciyər iltihabı kimi qeydə alındığını iddia etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM