Kuba azərbaycanlı şatmatçıların xərclərini qarşılayacaq

17:48 | 09.09.2016
Kuba azərbaycanlı şatmatçıların xərclərini qarşılayacaq

Kuba azərbaycanlı şatmatçıların xərclərini qarşılayacaq

Azərbaycan Şahmat Federasiyası ilə Kuba Şahmat Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ANN.Az xəbər verir ki, Azərbaycan tərəfdən sənədi federasiyanın vitse-prezidenti Mahir Məmmədov, Kuba tərəfdən Karlos Rivera Qonzales imzalayıb.

Mahir Məmmədov bu əməkdaşlığın faydasından danışıb: "Bu memorandum bizim üçün böyük şərəfdir. Kuba şahmat məktəbi bütün dünyada məşhurdur. Gələn il bizim şahmatçılar "Kapablanka şahmat turniri"ndə iştirak edəcək".

Karlos Qonzales "Kapablanka şahmat turniri"ndə iştirak edəcək bütün azərbaycanlı şatmatçıların xərclərini Kuba dövlətinin qarşılayacağını bildirib.

Vüsal Əzizov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb