Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

19:38 | 17.12.2015
Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.
 
APA-nın "The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.
 
Razılaşma hər iki ölkənin  aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.
 
Xatırladaq ki, 2014-ci il dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzalamışdı. 2015-ci ilin iyulunda isə dövlət katibi Con Kerri Kubada açılmış yeni ABŞ səfirliyinin binası üzərində dövlət bayrağının qaldırılması mərasimində iştirak etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb