Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

14:54 | 03.06.2020
Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

Keniyada polislər koronavirusa görə elan edilən komendant saatına əməl etməyən vətəndaşları öldürüblər.

"Anadolu” agentliyi ölkənin Müstəqil Polis Nəzarəti qurumunun (IPOA) başçısı Anne Makorinin açıqlamasına istinadla xəbər yayır.

Onun bildirdiyinə görə, küçəyə çıxma qadağasına əməl etməyən 15 mülki şəxs öldürülüb, 31 nəfər polis tərəfindən işgəncəyə məruz qalıb. Mart ayından bəri polislərlə bağlı 81 şikayət daxil olub.

Makori qeyd edib ki, məsələnin aydınlaşdırılması üçün araşdırma başlanıb.

Qeyd edək ki, Keniyada koronavirusa qarşı tədbirlər çərçivəsində saat 19:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb