Əbülfəs Qarayev: “Artistlərə deyə bilmərəm ki, vuruşmasınlar”
![Əbülfəs Qarayev: “Artistlərə deyə bilmərəm ki, vuruşmasınlar” Əbülfəs Qarayev: “Artistlərə deyə bilmərəm ki, vuruşmasınlar”](https://anews.az/photo/850x500/2015-10/1445242332_9d9e08d48416580d46dce9b642715752.jpg)
"Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ölkə başçısı tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidirlər: "O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz”.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər