Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq
![Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq](https://anews.az/photo/850x500/2015-10/1445502230_1.jpg)
Konsertdə Frants List, Robert Şumann kimi bəstəkarların məşhur əsərləri səslənəcək
Bakıda "Vurğulu rənglər" adlı konsert proqramı keçiriləcək.
"Report" xəbər verir ki, konsert noyabrın 3-də "Kapelhaus" Alman-Azərbaycan mədəni cəmiyyətində keçiriləcək. Tədbir Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq.
Konsertdə Frants List, Robert Şumann kimi bəstəkarların məşhur əsərləri, eləcə də türk bəstəkarların əsərləri səslənəcək. Bu əsərləri Rüya Taner (piano) və Dinçer Özer (zərb musiqi alətləri) ifa edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər