Daha bir xalq artisti dünyasını dəyişdi
![Daha bir xalq artisti dünyasını dəyişdi Daha bir xalq artisti dünyasını dəyişdi](https://anews.az/photo/850x500/2018-03/1520164716_tabut.jpg)
Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib.
Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra AzTV-də diktor və baş diktor vəzifələrində çalışıb.
![](https://anews.az/file/articles/2018-03/1520164658_11.jpg)
www.anews.az
Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun həmkarı Əli Məhəmmədoğlu Feysbuk hesabında yazıb.
Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.
Allah rəhmət eləsin!
![](https://anews.az/file/articles/2018-03/1520164658_11.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər