• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəblinin nəvəsinin nikah mərasimi ilə bağlı ailə üzvü danışdı - YENİLƏNİB + VİDEO

Hadı Rəcəblinin nəvəsinin nikah mərasimi ilə bağlı ailə üzvü danışdı - YENİLƏNİB + VİDEO
23.08.2020 18:02
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə təşkil etdiyi toy mərasimi barədə xəbərlər, bu gün isə həmin mərasimdən videogörüntülər yayılıb. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən mövcud karantin qaydalarına görə beş nəfərdən artıq şəxsin toplaşması qadağan olsa da, keçirilən toy məclisində 150 nəfər qonağın iştirak etdiyi iddia olunur.
Sözügedən mərasimdə iştirak edən ailə üzvlərindən olan Mirmöhsüm Dadaşov Oxu.Az-a açıqlamasında yayılan informasiyaların təhrif olunduğu bildirib. Onun sözlərinə görə, heç bir toy mərasimi keçirilməyib:

"Bu sadəcə nikaha görə dostlar arasında keçirilən kiçik yığıncaq olub. Restoran açıq havada fəaliyyət göstərib və 10 nəfərdən artıq qonaq olmayıb. Masalar qaydalara uyğun şəkildə müəyyən məsafələrdə qoyulub. Yığıncaq saat 10-a qədər davam edib və orada ailə üzvləri olmayıb. 150 nəfərin iştirak etməsi və toy mərasimi olmasına dair xəbərlər yanlışdır. Karantin qaydalarına görə, restoranların axşam saat 10-a qədər fəaliyyətinə icazə var. Biz də restoran bağlananda oranı tərk etmişik”.
Könül Cəfərli
15:13
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər yayılmışdı. 
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi. 

Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir. 
Həmin görüntüləri təqdim edirik:



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:45
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Elmira Şabanova vəfat edib
Mədəniyyət 18:53
Elmira Şabanova vəfat edib
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət 18:39
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Bu ərazilərdə qaz olmayacaq
Mədəniyyət 21:14
Bu ərazilərdə qaz olmayacaq
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Mədəniyyət 14:16
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol