• $
  • €
  • ₽
  • ₺
  • £

Bu nazirlikdə islahatlar başlayır

Bu nazirlikdə islahatlar başlayır
07.11.2020 12:00
"Mədəniyyət Nazirliyində mütləq islahatlar aparılacaq”.


Bunu oxu.az-a açıqlamasında nazirin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib.


Onun sözlərinə görə, ötən həftə kollektivlə birlikdə islahatlar haqqında fikir mübadiləsi aparılıb:


"Məsələ barədə söhbətlər aparılıb. Hazırda hamısını cəmiyyətə açıqlamaq istəmirik. Çünki bu məsələlər razılaşdırmalar prosesindədir. Birmənalı şəkildə deyirəm ki, islahatlar olacaq.


İlkin istiqamət idarəetmənin səmərəliləşdirilməsi, şəffaflığın artırılması, insan resurslarının gücləndirilməsi, iqtisadi modellərin nazirliyə cəlb edilməsi və təbliğatın artırılmasıdır. Bu istiqamətlərlə bağlı ciddi islahatlara başlayacağıq”.


"Mən vəzifəyə başlayan ilk günlərdən bizim ictimai və mədəniyyət xadimləri ilə iki görüşümüz olub. Görüşlərimizin biri koronavirusa görə məhdud sayda oldu. Daha çox mədəniyyət sahəsində aparıcı şəxslərlə görüşdük. Növbəti görüş onlayn baş tutdu və 40-a yaxın ictimai və mədəniyyət xadimləri, o cümlədən, aktyorlar, musiqiçilər, bəstəkarlar, memarlar və digər şəxslər qoşuldu.


Məqsədimiz islahatlara başlayan zaman mədəniyyət sahəsində cəmiyyəti narahat edən məsələlərə daha çox fikir verilməsi üçün onlarla dialoq aparmaq idi. Orada çox səmimi, tənqidi fikirlər səsləndirildi. Biz bunları qeyd etdik”, - deyə nazir müavini bildirib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol