Gənc yazar Rüfət Əhmədzadə ilə görüş keçiriləcək
![Gənc yazar Rüfət Əhmədzadə ilə görüş keçiriləcək Gənc yazar Rüfət Əhmədzadə ilə görüş keçiriləcək](https://anews.az/photo/850x500//2014-03-14/73615.jpg)
“Gənc yazarların Sumqayıtda imza günləri” layihəsinin icrasına başlanılıbAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsinin icrasına başlanılıb. Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, layihəni həyata keçirməkdə məqsəd Sumqayıt şəhərində gənclərin bədii ədəbiyyata olan marağını artırmaq, onları kitab oxumağa həvəsləndirmək, gənc yazarların gənclərlə görüşlərini keçirməklə onların tanıtımına nail olmaqdır. Layihə çərçivəsində ilk görüş 19 mart tarixində İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində gənc yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə ilə keçiriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər