• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

"Ülkər" bədii filminin qala gecəsi baş tutacaq

19.01.2024 18:15
Dram janrında çəkilən "Ülkər" bədii filmi yanvarın 31-də saat 19:00-da Flame Towers (Alov qüllələrində) qala gecəsi baş tutacaq.  Bunu filmin quruluşçu rejissoru Xəyalə Meydanova bildirib.

O vurğulayıb ki, dram janrında çəkilən "Ülkər” filmi real hadisələr əsasında çəkilib.
 
" Üzərimə götürdüyüm və çox məsuliyyətlə yanaşdığım ilk işimdir. Filmdə əsas rolları Rövşən Kərimduxt, Röya Paşayeva, Mətləb Abdullayev, Elmira Kərimova canlandırıb. Film gənc bir qızın- Ülkərin həyatından və bir ailənin faciəsindən bəhs edir, toy səhnəsiylə başlayan filmdə hər şey birdən dəyişməyə başlayır. Bir sözlə izləyiciləri həyəcan dolu səhnələr gözləyir və bu filmlə ictimai-sosial həyatımızda ailə məişət problemleri cəmiyyətimizdə tez-tez rast gəlinən aktual məqamlara toxunularaq bir ailənin yaşadığı və üzləşdiyi mövcud problemlərin dramatik xəttlə yüksələn faciəsi bədii olaraq nümayiş etdirilir. Film 90 dəqiqəlik nümayiş olunacaq",- quruluşçu rejissor əlavə edib.

Xəyalə Meydanova həmçinin vurğulayıb ki,  bədii film fevralın 2-dən bütün kinoteatrlarda tamaşaçılar izləyə biləcək.
 
"Bu işi mənə həvalə edən "FS FILM COMPANY” şirkətinin direktoru Faiq Nağıyevə təşəkkürlüyümü bildirirəm. Bütün kinosevərləri filmimizi izləməyə dəvət edirəm",- o əlavə edib.

Filmin layihə rəhbəri Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadədir.
 
Filmdə ilk dəfə real canavardan istifadə olunub.
 
Aytac 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol