• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan neftdənkənar iqtisadiyyat naminə texnologiya sektorunu inkişaf etdirir — Reuters

Azərbaycan neftdənkənar iqtisadiyyat naminə texnologiya sektorunu inkişaf etdirir — Reuters
19.08.2026 09:54

İllərdir neft və qaz ixracından asılı olan Azərbaycan kiçik, lakin böyüməkdə olan texnologiya sektoruna xarici investisiyaları və vençur kapitalını cəlb etmək məqsədilə ardıcıl islahatlara başlayıb.

Keçmiş sovet respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən bəri enerji ixracından güclü dərəcədə asılı vəziyyətdədir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, neft bumu dövründə karbohidrogenlər ümumi iqtisadi istehsalın təxminən dörddə üçünü və ixracın 90%-ni təşkil edib. Bunun əksinə olaraq, texnologiya sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 2024-cü ildəki 1,9%-dən ötən il 2,1%-ə yüksəlib; lakin hökumət bu payı artırmaq və paytaxt Bakını Xəzər dənizində texnologiya və innovasiya mərkəzinə çevirmək niyyətindədir.

Qanunvericilik investisiya bazasını formalaşdırır

İyul ayında qəbul edilmiş qanunvericilik investisiya alətləri üçün hüquqi baza yaradır. Hökumət bildirir ki, bu tənzimləmə startaplara və investorlara xarici yurisdiksiyalarda şirkət təsis etmədən birbaşa Azərbaycanda sövdələşmələr bağlamağa şərait yaradacaq, xərcləri azaldacaq və sonrakı maliyyələşdirmə mərhələlərini asanlaşdıracaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Reuters"ə bildirib ki, sektora yeni maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsini xarici vençur kapitalı, korporativ və institusional investorların təmin edəcəyi gözlənilir.

Həsənovun sözlərinə görə, Bakı həmçinin yerli və beynəlxalq kapitalı birləşdirəcək xüsusi fond təsis etməyi planlaşdırır. "Fondun həcmi ayrılan məbləğə görə deyil, layihələrin keyfiyyəti və cəlb edəcəyimiz tərəfdaşlar əsasında müəyyənləşəcək", - deyə nazir müavini vurğulayıb və rəsmilərin qabaqcıl təcrübə nümunəsi kimi Sinqapur və Estoniya da daxil olmaqla bir sıra ölkələrin təcrübəsini araşdırdığını əlavə edib.

Azərbaycanın vençur kapitalı bazarı hələ ki kiçik olaraq qalır. 2025-ci ildə 22 yerli startap cəmi 2,62 milyon dollar vəsait cəlb edib, ölkədə fəaliyyət göstərən üç vençur fondu — "Caucasus Ventures", "INMerge Ventures" və "Tumar Ventures" isə ümumilikdə təxminən 11 milyon dollarlıq bəyan edilmiş kapitalı idarə edir.

Yerli "Sera AI" şirkətinin rəhbəri, sahibkar Tural Səlimli yeni investisiya çərçivəsini müsbət qarşılasa da, xammal ixracatçısı olan ölkənin xarici vençur kapitalı və mələk investorlar arasında etimad və məlumatlılıq formalaşdırmasının vacibliyini qeyd edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə "Reuters"ə bildirib ki, pay və borc əsaslı kraudfandinqin hüquqi mexanizminin yaradılmasından sonra bazara yeni iştirakçıların daxil olacağını gözləyir. Mərkəzi Bank müvafiq qaydaları altı ay ərzində təsdiq etməlidir.

"Biz müraciətləri gözləyirik", - Kazımov əlavə edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol