Kürdəmirdə evini icazəsiz tərk edən COVID-19 xəstəsi saxlanılıb

23:44 | 14.04.2021
Kürdəmirdə evini icazəsiz tərk edən COVID-19 xəstəsi saxlanılıb

Kürdəmirdə evini icazəsiz tərk edən COVID-19 xəstəsi saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Qağacılı kənd sakini, 1991-ci il təvəllüdlü Səmədov Ümid Polad oğlu koronavirus daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ümid Səmədovun bir neçə gün əvvəl verdiyi COVID-19 testinin cavabı müsbət çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Polislərin və həkimlərin tövsiyəsinə məhəl qoymayan Ü.Səmədov yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb. Rayon Polis Şöbəsinin əməkdaşları dərhal Ümid Səmədovun yerini təsbit edərək saxlayıb və profilaktik söhbətlər apardıqdan sonra onu yaşadığı evə geri qaytarıblar.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb