​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

16:20 | 13.06.2016
​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu ilin fevralında Cənubi Koreyanın dövlət müəssisələrinə haker hücumu təşkil edib və 42 mindən çox mühüm sənədi ələ keçirib. 

"Report"un məlumatına görə, bu barədə "Renhap" agentliyi Koreya Respublikasının Milli polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü kiber hücumlar nəticəsində F-15 qırıcılarının çertyojları da oğurlanıb.

Rəsmi Seul və Vaşinqton son illər ərzində dəfələrlə məqsədyönlü kiber hücumlarına görə Pxenyanı ittiham ediblər. Lakin qarşı tərəf ittihamları rədd edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb