ÇL-da 1/8 final matçları keçirilib – VİDEO

09:14 | 07.03.2018
ÇL-da 1/8 final matçları keçirilib – VİDEO

ÇL-da 1/8 final matçları keçirilib – VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Liverpul” və Portuqaliyanın "Portu” klubları arasındakı matçda tərəflər qolsuz bərabərliyə qalıb.

Anews.az xəbər verir ki, bundan əvvəl  ingilislər rəqib meydanında "Portu”nu 5:0 hesabı ilə darmadağın etmişdi.

Liverpul iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanıb.

Parisdə paralel olaraq keçirilən "PSJ” – "Real Madrid” matçında isə ispan klubu 2:1 hesabı ilə qalib gəlib və dörddə bir finala vəsiqəni təmin edib. Oyunda Kriştiano Ronaldo, Kavani və Kazemiru seçilib. İlk oyun kral klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Ronaldo (51),  Kavani (71),  Kazemiro (80)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM