Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib

20:37 | 24.11.2020
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon söhbəti olub. Nazirlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Anews.az xəbər verir ki, nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstanda vəziyyəti də nəzərdən keçirib, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrini müzakirə ediblər

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb