Lavrov Ermənistan XİN başçısının qan təzyiqini qaldırdı - Təcili yardım çağrılıb

12:58 | 25.05.2019
Lavrov Ermənistan XİN başçısının qan təzyiqini qaldırdı - Təcili yardım çağrılıb

Lavrov Ermənistan XİN başçısının qan təzyiqini qaldırdı - Təcili yardım çağrılıb

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra arterial təzyiqi yüksəlib.

Anews.az xəbər verir ki, bunu "168 jam” qəzeti yazıb.

Bildirilib ki, ötən həftə Z.Mnatsakanyan iş yerində özünü pis hiss edib. Ermənistanın Xarici İşlər Nazirliyinə təcili tibbi yardım çağırılıb. Həkimlər onun arterial təzyiqinin birdən artdığını müəyyən ediblər.

"XİN-dən olan mənbə təsdiqləyib ki, Zöhrab Mnatsakanyanın təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Danışıq çox çətin və ağır keçib. Telefon danışığının detalları hələ ki məlum deyil. Bununla belə, danışığın ermənistanlı nazir üçün arzuedilməz istiqamətdə keçdiyi göz önündədir”, - qəzet vurğulayıb. 

(report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb