Öldürülmüş diktatorun sarayı geri alındı

10:35 | 19.10.2015
Öldürülmüş diktatorun sarayı geri alındı

Öldürülmüş diktatorun sarayı geri alındı

Birləşmiş İraq ordusu və milis qüvvələri Səddam Hüseynin doğulduğu Tikritdəki sarayını və Ənbar vilayətinin mərkəzi hesab olunan Ramadi şəhərinin şimalındakı Əlburişə bölgəsini terrorçulardan xilas edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ənbar Əməliyyatları Komandanlığının səlahiyyətlisi zabit Vəlid əd-Duleymi verib. O, 2003-cü ildə ABŞ-ın müdaxiləsindən sonra taxtından devrilən Səddam Hüseynin ana şəhəri Tikritin, eləcə də Səddam ailəsinə məxsus olan sarayın, eləcə də Ramadi şəhərinin şimal hissəsini İŞİD döyüşçülərindən geri alındığını deyib. Əd-Duleyminin sözlərinə görə, əməliyyatda İraq hərbi qüvvələri, Terrorla Mübarizə Təşkilatı və hava qüvvələri iştirak edib. 

O, əməliyyat zamanı xeyli sayda İŞİD üzvünün öldürüldüyünü və təşkilata böyük miqyasda maddi ziyan vurulduğunu, hərbi qüvvələrinin hər hansı bir hücuma məruz qalmaması üçün bölgədə  təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb