"Hazırda Lənkəranda fövqəladə hal müşahidə olunur. Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib".
Bunu "Report"a Lənkəran şəhər icrahakimiyyəti başçısını müavini Möhübbət Babayev deyib.
M.Babayev bildirib ki, çaylarda suyun səviyyəsi 15 metrəyə qədər artıb: "Lənkəranda yağış suları aylıq normanın 50 faizini ötüb. Nəticədə bütün çaylar daşaraq məcrasından çıxıb. Bir çox fərdi təsərrüfatlar evlər, su altında qalıb, bir körpü dağılıb, digərlərinə isə ciddi ziyan dəyib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !