Lənkəranda tank əleyhinə mina aşkarlanıb

16:19 | 27.02.2017
Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

REPORT.AZ/ Bu gün saat 08:00 və 09:15 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.

Bu barədə "Report”a DSX-nın mətbuat mərkəzindən bildirilib.

Minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilib.

Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM