Liviyada 3 min miqrant batmaqdan xilas edilib

10:49 | 30.08.2016
Liviyada 3 min miqrant batmaqdan xilas edilib

Liviyada 3 min miqrant batmaqdan xilas edilib

İtaliya Sahil Mühafizəsi Xidməti sutka ərzində Liviya sahillərində 3 minə yaxın miqrantı xilas edib.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hava ilə doldurulmuş rezin qayıqlarla Liviyadan İtaliyaya keçmək istəyənlərin əksəriyyəti Somali və Eritreya vətəndaşları olub.

Təkcə Liviyanın Sabrata şəhəri yaxınlığında 700 miqrantın xilas edildiyi bildirilir.

İtaliya Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, iyunda Siciliya adası ilə Liviya daxili suları arasında həyata keçirilən xilasedici əməliyyatlar nəticəsində 1348 miqrant xilas edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti