Ölkədə nə qədər adam işləyir?

23:11 | 24.10.2017
Ölkədə nə qədər adam işləyir?

Ölkədə nə qədər adam işləyir?

2017-ci il oktyabrın 1-dək iqtisadi fəal əhalinin sayı 5 milyon 71,6 min nəfər olub, onlardan 4 milyon 821,2 min nəfərini məşğul əhali təşkil edib.

Anews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə muzdla işləyənlərin sayı 1 milyon 526,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 875,8 min nəfər, qeyri-dövlət sektorunda isə 650,5 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb