Sirroz xəstəliyindən əziyyət çəkən tanınmış qarmon ifaçısı Aslan İlyasovun səhhəti pisləşib.
Bu barədə Lent.az-a açıqlama verən A. İlyasov bildirib ki, Azərbaycanda onun dərdinə əlac tapılmır: “Hazırda özümü çox pis hiss edirəm. Xəstə olmağımı üç ay olar ki, hiss etdim. Günü-gündən qarnım şişməyə başlayırdı. Mən də elə zənn edirdim ki, kökəlirəm. Amma arada ağrılarımda olurdu. Ağrılarım dözülməz həddə gəlib çatdı. İndi də ölüm ayağındayam. Ölürəm. Dünən hətta ölümdən qayıtdım. Məni xəstəxanadan evə gətirəndə üzü qibləyə tutdular ki, bu dəqiqə öləcək. Həkimlər müayinədən sonra bildirdilər ki, müalicəm yalnız Türkiyədədir. Bunun üçündə mənim maddi imkanım yoxdur. Qoymayın ölüm”.A. İlyasov arzusunu da dilə gətirdi: “Bu dünyadan getməzdən öncə, çox istəyərdim ki, bir arzuma çatım. Arzum, ölməzdən qabaq xalq artisti Zeynəb Xanlarovanı görməkdir”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !