"Lotu Quli"nin vəkili açıqlama verdi

11:55 | 25.10.2017

"Lotu Quli"nin vəkili açıqlama verdi

"Müşfiq Səlifov barəsində Qaradağ Rayon Məhkməsində şərti cəza tətbiq edilməsinə qərar verilib. Oktyabrın 24-də keçirilən prosesdə onun ölkədən çıxmasına icazə verilməsi barədə məsələyə də baxılıb. Məhkəmə Müşfiq Səlifovun xəstəliyi ilə əlaqədar ölkədən çıxmasına icazə verilməsi barədə də qərar çıxarıb".

Anews.az xəbər verir ki, bunu dünən həbsdən azad edilmiş, "Lotu Quli" kimi tanınan Müşfiq Səlifovun vəkili Təranə Əliyeva deyib.

Vəkil M.Səlifovun dünən Azərbaycanı tərk edərək Gürcüstana getdiyini də bildirib.

O, bütün prosesin qanun çərçivəsində aparıldığını deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb