Lukaşenko: Azərbaycan hamının cavabını verdi - FOTO

14:58 | 13.06.2015
Lukaşenko: Azərbaycan hamının cavabını verdi  - FOTO

Lukaşenko: Azərbaycan hamının cavabını verdi - FOTO

Belarus prezidenti möhtəşəm açılışla Azərbaycanın ona hücum edənlərə cavab verdiyini deyib

"Azərbaycan Avropa oyunlarının təşkilatı ilə öz səviyyəsini göstərdi və ona hücum edənlərin hamısının cavabını verdi". ANS PRESS-in Belarus KİV-ə istinadla verdiyi məlumata görə, bunu Bakı 2015-in təmtəraqlı açılış mərasimində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

O, Avropa Olimpiya Komitəsinin prezidenti Partik Hikki ilə ilə görüşündə öz fikirlərini bildirib. Dövlət başçısı deyib ki, müasir cəmiyyətin inkişfı idmandan kənar ola bilməz. "Bu ancaq sağlamlıq deyil, həm də insanın əhval ruhiyyəsinə təsir edir. 

"Azərbaycan öz səviyyəsini göstərdi. Bu normal inkişaf edən, sülhsevər, öz ölkəsi üçün yaxşı işlər görməyə çalışan gözəl rəhbər və prezidenti olan ölkədir. Buna görə də, onun istər tənqid et, istər etmə o öz ölkəsi, xalqı üçün, gördük ki, hətta bütün Avropa üçün çalışır. Tənqid isə hər zaman olacaq. Tənqid etmək, nə isə görmək həmişə asandır". 
 
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM