Lukaşeviç: "Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətə dair hesabat təqdim edə bilər"

15:41 | 27.04.2016
Lukaşeviç:

Lukaşeviç: "Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətə dair hesabat təqdim edə bilər"

Rusiya Bakı və İrəvan arasında hərbi əlaqələrin davam etməsini mümkün hesab edir

"Rusiya Bakı və İrəvan arasında hərbi əlaqələrin davam etməsini mümkün hesab edir, yüksək səviyyəli görüş barədə söhbət getmir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ATƏT yanında Rusiyanın daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

"Münaqişə zonasında gərginliyin yüksək həddə çatmasına baxmayaraq, mən hələlik belə bir görüşə hazırlıq barədə eşitməmişəm. Bu gərginlik tərəflər arasında birbaşa dialoq prosesinə güclü təsir edib. Bununla belə, Rusiyanın vasitəçiliyi ilə qarşıdurmanı dayandırmaq mümkün olub. Böyük ehtimalla, söhbət hərbçilər arasında əlaqələrin davam etdirilməsindən gedəcək", - deyə o bildirib.

A.Lukaşeviç, həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyətə dair hesabat təqdim edə bilər: "Həmsdərlər aprelin 20-də ATƏT-in fəaliyyətdə olan sədrinin qəbulunda olaraq, vəziyyətlə bağlı hesabat veriblər. Aprelin 6-9-da isə onlar regionda olublar. Bu səbəbdən həmsədrlərin Vyanada gələcək addımlarla bağlı hesabatla çıxış edəcəyi gözlənilir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM