Maduro silaha əl atmağı vəd etdi

20:59 | 02.06.2016
Maduro silaha əl atmağı vəd etdi

Maduro silaha əl atmağı vəd etdi

"Venesuela vətəndaşları ölkənin azadlığını müdafiə edirlər”.

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, lazım olduğu halda öz müstqəilliyini qorumaq üçün ölkə silaha əl atacaq.

Oxu.Az bu barədə El Universal-a istinadən xəbər verir.

Onun sözlərinə görə, Venesuela vətəndaşları ölkənin azadlığını müdafiə edirlər, ölkənin müstəqil və güclü demokratik dövlət olaraq qalmasını istəyən hər kəs əlinə silah almağa hazırdır.

"Əgər bizim qismətimizdə silahlanmaq varsa, biz bunu edəcəyik, təhsil, iş və tüfəng”, - Maduro deyib.

O, həmçinin qeyd edib ki, yerli gənclər Amerika ölkələri təşkilatı qarşısında ölkənin müstəqilliyinə hörmət tələb etmək haqqına sahibdirlər. Bu təşkilat yaxın günlərdə Karakas tərəfindən etirazlara baxmayaraq Venesuelada siyasi vəziyyətin qiymətləndirilməsini aparıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb