Maire Tecnimont Groupun vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

22:30 | 07.09.2017
Maire Tecnimont Groupun vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

Maire Tecnimont Groupun vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

Rektor Ali Məktəbin Maire Tecnimont Group şirkəti ilə əməkdaşlığından danışıb.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və həmin şirkətin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüşüb.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.

Ali Məktəbin Maire Tecnimont Group şirkəti ilə əməkdaşlığından söz açan E.Qasımov bu əməkdaşlıq sayəsində BANM-in tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazandıqlarından bəhs edib. O, Ali Məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkətə təşəkkürünü bildirib.

Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi deyib ki, rəhbərlik etdiyi şirkətin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. C.Bardazzi ikitərəfli əməkdaşlığın davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, həmçinin BANM-də mühazirə demək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, sözügedən proqram BANM və İtalyanın Maire Tecnimont Group şirkəti arasında 2016-cı ilin oktyabrın 19-da imzalanan əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə ərzində davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrəniblər, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olublar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə KT-Kinetics Technology kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaratmışdır.

Bu il BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa çataraq həmin şirkətdən iş təklifi alıblar. Hazırda BANM-in məzunları sözügedən şirkətdə çalışırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb