Makedoniya paytaxtında fövqəladə vəziyyətdir

12:26 | 08.08.2016
Makedoniya paytaxtında fövqəladə vəziyyətdir

Makedoniya paytaxtında fövqəladə vəziyyətdir


Makedoniyada daşqınlar nəticəsində azı 20 nəfərin ölümü, yüzlərlə adamın yaralanmasından sonra hökumət fövqəladə vəziyyət elan edib. Skopyenin meri Koce Trajanovski deyib ki, şəhərə heç vaxt belə ziyan dəyməyib.

Yerli medianın yazdığına görə, şəhər və ətrafında saatda 70 kilometr sürətlə külək əsib və suyun səviyyəsi bəzi yerlərdə metr yarıma çatıb. Paytaxtı əhatələyən dairəvi yola ciddi ziyan dəydiyi bildirilir.

Daşqınlarda yüzlərlə ev, maşın dağılıb, xeyli ərazi işıqsız qalıb.

Rəsmilər indiyədək mindən çox adamın təxliyə olunduğunu bildirir. Nəqliyyatda pozuntular turistlərin gediş-gəlişini də əngəlləyib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM