Makkeynin yerini kimin tutacağı bilindi

12:01 | 05.09.2018
Makkeynin yerini kimin tutacağı bilindi

Makkeynin yerini kimin tutacağı bilindi

ABŞ Senatında Con Makkeynin yerini Arizonadan olan keçmiş respublikaçı senator Con Kayl tutacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Arizona Ripablik” qəzeti yayıb. Məlumata görə, Arizona qubernatoru Daq Dyusi Con Kaylın namizədliyi ilə bağlı Makkeynin ailəsini məlumatlandıracağını bildirib.

Kayl 2019-cu ilin sonuna qədər bu vəzifəni tutmağa razılıq verib.

Qeyd edək ki, bir müddət əvvəl Arizona ştatının senatoru vəzifəsini mərhum Con Makkeynin arvadı Sindi Makkeynin tuta biləcəyi də bildirilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM