Makron Rusiyanı boykot etdi

22:16 | 16.03.2018
Makron Rusiyanı boykot etdi

Makron Rusiyanı boykot etdi

Fransa Prezidenti Emmanuel Makron Paris Kitab Salonunda Rusiya stendini ziyarətdən imtina edib.

Axar.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında Rusiya nümayəndə heyətinin üzvü Yevgeni Rezniçenko söyləyib. Onun sözlərinə görə, Yelisey sarayı artıq bununla bağlı Rusiya səfirliyinə məktub göndərib.

O, Makronun bu addımını provokasiya adlandırıb.

Qeyd edək ki, bundan öncə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə görə Fransa da Rusiyanı ittiham etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb