“Mançester Yunayted” şokda - 0:4

12:41 | 27.08.2014
“Mançester Yunayted” şokda - 0:4

“Mançester Yunayted” şokda - 0:4

İngiltərə Liqa Kubokunun ikinci turunda sensasiyalı nəticə qeydə alınıb.
Qol.Az-ın məlumatına görə, səfərdə "Milton Kins Dons"la qarşılaşan "Mançester Yunayted" klubu rəqibinə 0:4 hesabı ilə darmadağın olub və turnirdə mübarizəni dayandırıb. 
Bununla da hollandiyalı mütəxəssis Lui van Qal "MY" ilə çıxdığı üçüncü rəsmi matçında da qalib gələ bilməyib.
Qeyd edək ki, "MY" bundan əvvəl İngiltərə Premyer Liqasının ilk turunda "Suonsi"yə uduzub (1:2), "Sanderlend"lə isə bərabərə qalıb - 1:1.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb