Mübariz Mənsimov "Beşiktaş”dan uzaqlaşdırıla bilər

14:23 | 17.01.2014
Mübariz Mənsimov "Beşiktaş”dan uzaqlaşdırıla bilər

Mübariz Mənsimov "Beşiktaş”dan uzaqlaşdırıla bilər

“Xəzər  Lənkəran"ın sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov "Beşiktaş" klubunun üzvlüyündən uzaqlaşdırıla bilər.Qol.Az-ın məlumatına görə, bu haqda klub rəsmisi Firuz Drahşan Türkiyənin "Doğan” xəbər agenliyinə açıqlamasında deyib. O qeyd edib ki, Mənsimovla yanaşı, klubun idarə heyətindən İhsan Kalkavan, Turqay Ciner, Zafer Yıldırım haqda da onlara müraciətlər olunub."Mənə təqdim olunan 20-ə yaxın ərizə var. Onların hər birində adları çəkilən şəxlərin klubun idarə heyətində çıxarılması istənilir. Mən də bu ərizələri rəhbərliyə təqdim etmişəm. Onların verəcəyə qərarə əsasən hərəkət edəcəyik".Türkiyə mətbuatı bildirir ki, bu müraciətlərə M.Mənsimovun “Beşiktaş”ın idarə heyətinin üzvü olduğu halda “Kasımpaşa” klubunun idarə heyətinə keçməsi, adları çəkilən şəxslərin “qara-qartal”larla bağlı səsləndirdiyi bəzi mənfi fikirlər səbəb olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb