Mübariz Qurbanlı İŞİD-lə bağlı etiraf etdi

10:15 | 19.09.2014
Mübariz Qurbanlı İŞİD-lə bağlı etiraf etdi

Mübariz Qurbanlı İŞİD-lə bağlı etiraf etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin statistikasının müvafiq dövlət orqanlarında olduğunu açıqlayıb. 

O deyib ki, xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbələri bununla məşğuldur: “Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür.

 "Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir. Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə, o bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salam verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən.İŞİD-ə qoşulmaq istəyənlərlə bağlı statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb